Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 00:50

Norveç polisi terror aktlarına gec reaksiya verməkdə günahlandırılır


Norveçin hakim dairələri iyulun 22-də törədilmiş terror aktları zamanı polisin fəaliyyətini araşdıracaq.

Bu barədə Norveçin baş naziri Yens Stoltenber jurnalistlərə açıqlamasında deyib.

Polis bu terror aktları zamanı baş verənlərə lazımınca çevik reaksiya verməməkdə ittiham olunur.

İyulun 22-də Anders Breivikin paytaxt Oslo və Utiyya adasında törətdiyi hücumlarda 76 adam ölüb.
XS
SM
MD
LG