Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 00:42

"Gülər Əhmədova olayı" Facebook əhlini niyə təəccübləndirmədi?


Deputat Gülər Əhmədova ilə keçmiş rektor Elşad Abdullayev tandemi ötən həftə
Azərbaycanda «Facebook»un ən qaynar mövzusu oldu.

Bu gizli videodan sonra növbəti dəfə sosial şəbəkə yaradıcılığının «renessansı» yaşandı. Xüsusilə məsələyə ironik yanaşanlar fəal idilər.

«Facebook»un satirik münasibəti fonunda məsələnin etik və hüquqi tərəfləri kölgədə qalmadı ki?

Müzakirədə studiyanın qonaqları jurnalist Zamin Hacı olub, «Mediaforum» saytının baş redaktoru Azər Qaraçənli iştirak edib.

Azər Qaraçənli: «Hazırkı videonun əvvəl yayılan video süjetlərlə müqayisədə ictimaiyyət üçün əhəmiyyəti böyükdür. Eyni zamanda bizə yeni bir sual da ünvanlayır. Əvvəlki gizli yolla çəkilmiş videoları qəbul etmədik, bunu etməliyikmi? İndi biz əxlaqa zidd yolla, amma cəmiyyətə fayda verəcək metodları qəbul etməliyikmi? Çünki cinayətin üstü cinayət yolu ilə, özü də əxlaqi cinayət yolu ilə açılıb. Buna görə də mən bunu qəbul etmirəm».

Zamin Hacı: «Azərbaycanda bəzi adamlar var ki, insan azadlığı, əxlaq tipli mövzularda fəlsəfəyə söykənirlər. Bu məsələdə konkret videoda cinayətin aşkarlanmasından söhbət gedir. İstənilən normal ölkədə cinayətin izini açmış şəxsə mükafat düşür, nəinki onu qınayırlar. Burda söhbət cinayətdən gedir, hansı əxlaqdan söhbət gedir».

Azər Qaraçənli: «Biz onda niyə hesab edirik ki, polis cinayət üstündə tutduğu adamı döyməməlidir? Çünki əxlaq bunu tələb edir. Cinayətin üstü əxlaqi yolla açılmalıdır. Konkret bu video şantaj məqsədilə çəkilib».

Zamin Hacı: «Gülər Əhmədova bu məsələ təzə çıxanda yazmışdı ki, bəziləri İsa Peyğəmbər, Müqəddəs Məryəm kimi aparır. Yəni sizin də günahınız da var, mənə niyə daş atırsız».

Azər Qaraçənli: «Özünü İsa peyğəmbər kimi hiss eləmək böyük xoşbəxtlikdir. Kaş ki Azərbaycan cəmiyyətində hamı özünü daxilən İsa peyğəmbər kimi apara idi».

Zamin Hacı: «Burda əxlaqa zidd nə var? Cinayət baş verib, bunu çəkənlər də istintaqa kömək edib».
XS
SM
MD
LG