Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 20:58

İŞİD-in xəlifə elan etdiyi şəxs kimdir?


Abu Bakr al-Baghdadi
Abu Bakr al-Baghdadi

-

Bu yaxınlarda İslam Dövləti təşkilatı İraqda zəbt etdiyi ərazilərdə az qala bir əsr əvvəl ölüb getmiş xilafəti bərpa etdiyini bildirdi və yeni xəlifənin kimliyini açıqladı.

Bəs əslində İslam Dövləti təşkilatının lideri və onun xəlifə İbrahim kimi tanınan yeni ələkeçməz başçısı Abu Bakr al-Baghdadi kimdir?

Bəzi məlumatlara görə, Baghdadi ömrünün bir neçə ilini Əfqanıstandakı ərəb cihadçıları və talibançılar arasında keçirib.

ZARQAWİ-NİN DOSTU

Belə güman edilir ki, Baghdadi Əfqanıstana 1990-cı illərin sonlarında, 2003-cü ildə ABŞ-ın İraqa hərbi müdaxiləsinin ardınca, bu ölkədə əl-Qaidənin əsasını qoymuş iordaniyalı Abu Musab al-Zarqawi ilə birlikdə gedib.

Sonralar məhz Zarqawi-nin qruplaşması İslam Dövləti təşkilatına çevriləcəkdi.

Əsl adı Ahmad Fadil al-Khalayilah olan Zarqawi qəddarlığı və xırda cinayətkar əməlləri ilə tanınan birisi idi.

1966-cı il təvəllüdlü Zarqawi bir neçə il İordaniya həbsxanalarında məhbus olub və cəzaçəkmə müddətində, 1980-ci illərdə radikallaşaraq İslam ekstremistinə çevrilib.

Həbsxanadan azad olunduqdan sonra 1989-1992-ci illərdə Əfqanıstanda mücahidlərin Sovet İttifaqı tərəfindən dəstəklənən Kabil hökumətinə qarşı silahlı mübarizə aparıb və bundan sonra İordaniyaya qayıdıb.

Onu 1994-ci ildə kral Husseinin İsraillə sülh sazişinin imzalanmasına qarşı qəsd hazırladığına görə yenidən həbs ediblər.

Məhkəmə prosesi onu anti-haşimilər arasında məşhurlaşdırıb.

Zarqawi 5 il sonra kral Husseinin ölümü ilə bağlı verilən amnistiyaya düşüb.

SURİYA ORDUSU

Zarqawi Əfqanıstana qayıdıb və deyilənlərə görə onun Baghdadi ilə birgə həyat və fəaliyyəti başlanıb. Burada o, ərəblərdən ibarət Cünd əş-Şam (Suriya Ordusu) təşkilatını yaradıb və Osama bin Ladendən nəzərəçarpacaq maliyyə yardımı alıb.

Bu qruplaşma əsasən Kabil və Heratda fəaliyyət göstərirdi.

Zarqawi-nin qruplaşması minillik mərasimlər əsnasında İordaniyanın iri otellərini və xristian turist məkanlarını hədəfləyən terror aktları planlaşdırmışdı. Lakin İordaniyanın təhlükəsizlik orqanları bu planları önləyə bildi və 1999-cu ildə Zarqawi qiyabi olaraq məhkum edildi. Baghdadi-nin bu qəsd planında iştirak edib-etmədiyi bilinmirdi, lakin hər halda inanılırdı ki, bu iş onsuz ötüşməyib.

Həm Baghdadi, həm də Zarqawi Əfqanıstanda olduqları illərdə Taliban hərəkatı ilə sıx bağlı idilər.

Baghdadi xüsusən də Talibanın təhsil naziri ilə dost idi, hərçənd məktəblərin qadağan edildiyi bir ərazidə onun nəyə nazirlik etməsi də bəlli deyildi.

Belə güman edilir ki, Baghdadi də Talibanın digər müttəfiqləri kimi Əfqanıstanı 11 sentybar terror aktının ardınca bu ölkəyə Amerika qoşunlarının müdaxiləsi zamanı tərk edib.

ŞİƏLİYİN QATI DÜŞMƏNİ

Zarqawi isə İraqa gedib və sonralar əl-Qaidə kimi tanınacaq şəbəkəni qurmağa başlayıb. Bu təşkilat 2006-cı ildə onun ölümündən sonra İraqın İslam Dövləti təşkilatına çevrilib.

Şərhçilər bildirirlər ki, Baghdadi-nin Zarqawi ilə ən azı 1999-cu ildən tanışlığı barədə yeni məlumat ciddi nəticələr çıxarmaq imkanı yaradır. İndi qətiyyətlə demək olar ki, xəlifəlik iddiasında olan bu şəxs şiəliyə qarşı sünni ekstremizminin ən erkən oyunçularından biri olub və əslində onun əsasının qoyulmasında iştirak edib.

AYMAN AL-ZAWAHIRI ONU XOŞLAMIRDI

Bu məlumat həmçinin bin Laden-in xələfi Ayman al-Zawahiri ilə Baghdadi-nin soyuq münasibətlərini izah edir. Zawahri Zarqawi-dən və ona yaxın olanlardan həmişə bədgüman olub. Ayman al-Zawahiri Zarqawi-ni qaniçən və qatı məzhəbpərəst birisi hesab edib.

Ayman al-Zawahiri
Ayman al-Zawahiri

Zawahiri bu ilin əvvəllərində Baghdadi-ni əl-Qaidədən qovub. Zawahiri Cəbhət ən-Nüsrə təşkilatının əl-Qaidəyə tabeçiliyinə çalışdığı bir vaxtda Baghdadi bu təşkilatı İŞİD-ə tabe etdirməyə can atıb.

İndi özünü xəlifə elan etməsi isə Baghdadi-nin daha böyük ambisiyalara malik olduğunu nümayiş edib.

YENİ XƏLİFƏNİ NƏ TALİBAN, NƏ DƏ QATI SƏLƏFİLƏR TANIYIR

Bu arada Əfqanıstan Talibanının lideri Molla Omar özünü müsəlman dünyasının lideri kimi görür və iddia edir ki, bu səlahiyyəti ona bin Ladenin özü verib.

Şərhçilər yazırlar ki, Baghdadi-nin xəlifəlik iddiası onu Talibanla da üz-üzə qoya bilər.

İran hökumətinə bağlı PressTV xəbər agentliyi isə bildirir ki, hətta Suriya qiyamçılarını dəstəkləyən nüfuzlu müsəlman üləmaları da yekdilliklə, «Baghdadi-nin saxta xəlifəliyini lağa qoyurlar».

Suriya qiyamçılarının qızğın tərəfdarı sayılan nüfuzlu ilahiyyatçı Yusuf al-Qaradawi də Baghdadi-nin iddialarını qəbul etmir.

Agentlik xəbər verir ki, Tunisin al-Nahda Partiyasının lideri Rachid Ghannouchi Baghdadi-nin özünü xəlifə elan etməsini «məsuliyyətsiz və axmaq hərəkət» adlandırıb.

Müsəlman xilafətinin bərpası uğrunda mübarizə aparan Hizb-ut-Tahrir partiyası Baghdadi-nin xuilafətini qeyri-real qurum kimi qiymətləndirib.

İran agentliyi iddia edir ki, yeni xəlifəni ifrat sələfilər və təkfirilər lağa qoyurlar.

XS
SM
MD
LG